Tikinti-iqtisad fakültəsi

 

 Fakültənin əsası 1920-ci ildə qoyulmuşdur. Lakin fakültə bu ad altında 1990-cı ildən fəaliyyət göstərir.

  

Fakültədə tikinti sahəsi üçün iqtisadçı kadrlar, inşaatda idarəetmə məsələlərini həyata keçirən menecerlər, marketoloqlar, biznesin təşkili və inkişafı, həmçinin sığorta işinin təşkili üzrə mütəxəssislər hazırlığı aparılır.

 

 

 

 

İstiqamət və ixtisaslar:


Bakalavr pilləsi:

İstiqamətlər:

İİ 01.00.00 Ümumi iqtisadiyyat

İİ 02.00.00 Mühəndis iqtisadiyyatı və idarəetmə

İxtisaslar:

İİ 01.22.00 Sığorta işinin təşkili

İİ 02.01.00 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (tikintinin iqtisadiyyatı və idarə edilməsi)

İİ 02.02.00 Menecment (inşaatda)

İİ 02.03.00 Marketinq (inşaatda)

İİ 02.04.00 Biznesin təşkili və idarə edilməsi


 
Maqistratura pilləsi:

 

İstiqamətlər:

İİM 01.00.00 Ümumi iqtisadiyyat

İİM 02.00.00 Mühəndis iqtisadiyyatı və idarəetmə

İxtisaslaşmalar:

İİM 01.00.05 Slğorta işi (sahələr üzrə)

İİM 02.00.01 İstehsalın və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (tikintinin iqtisadiyyatı və idarə edilməsi)

İİM 02.00.02 Biznesin təşkili və idarə edilməsi (inşaatda)

İİM 02.00.23 Marketinq (inşaatda)

 

 yeni Azərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən yeni ixtisasların siyahısı təsdiq olunmuşdur.

 

050403 – Maliyə
050405 – Sənayenin təşkili və idarə olunması
050407 – Menecment
050408 – Marketinq
050409 – Biznesin idarə olunması
 

Fakültənin rəhbərliyi

 

Vəzifəsi Soyadı, adı, atasının adı Telefonlar
Daxili Şəhər
Dekan Məmmədova Nazimə Nağı qızı 2-25 (0099412) 438-94-74
Dekan müavini Qəribov Rahad Tanrıverdi oğlu 1-09 (0099412) 438-94-74
Dekan müavini Binnətov Arif Cavad oğlu 1-09 (0099412) 438-94-74

 

Fakültənin kafedraları

 

Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məmmədov Məhəbbət Aşır oğlu 1-89 (0099412) 438-92-83
İnşaat iqtisadiyyatı kafedrasının müdiri Mehdiyev İmran Əzim oğlu 1-26 (0099412) 439-05-87
İnşaatın və biznesin təşkili, idarə edilməsi kafedrasının müdiri Abdullayev Tofiq Pənah oğlu 1-49  
İnşaat mexanikası kafedrasının müdiri İsayev Əsgər Mustafa oğlu 1-24 (0099412) 439-10-36
İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Ağayev Asəf Mirzə oğlu 1-57 (0099412) 510-33-89
Əcnəbi dillər kafedrasının müdiri Rəhimov Rafiq Əkrəm oğlu 1-29 (0099412) 438-86-46

 

KAFEDRALAR

İnşaatın iqtisadiyyatı kafedrası

Kafedranın əsası 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunda qoyulmuşdur. Həmin ildə “Tikintinin iqtisadiyyatı və təşkili” kafedrası yaradılmışdır.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunarkən kafedra yeni yaradılmış institutun tərkibinə keçmişdir.

1994-ci ildə “Tikintinin iqtisadiyyatı və təşkili” kafedrası əsasında “İnşaatın təşkili və idarə olunması” və “İqtisadiyyat” kafedraları yaradılmışdır.

1998-ci ildə “İqtisadiyyat” kafedrasının bazası əsasında “İnşaatın iqtisadiyyatı” və “Marketinq və menecment” kafedraları yaradılmışdır.

Bu gün “İnşaatın iqtisadiyyatı” kafedrasında 20 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan 5 professor, 9 nəfəri dosent, 6 nəfəri isə baş müəllim və 4 assistentdir.

Kafedrada “Azərbaycanda əsaslı tikintinin inkişafının iqtisadi problemləri” mövzusunda elmi-tədqiqat işi aparılır. Elmi-tədqiqat işinin nəticələri Beynəlxalq və Respublika mətbuatında çap edilir.

Təhsilin bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı aparılır.  


Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrası

Kafedra 1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdində yaradılmışdır.

Kafedrada 2 professor, 10 dosent, 6 baş müşllim  və 3 assistent. çalışır.

Kafedrada marketinq ixtisası üzrə təhsilin bakalavr və magistr pillələri üçün mütəxəssis hazırlığı aparılır. 

Kafedra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Sosial Müdafiə Fondunun müəssisə və təşkilatları və Azərbaycan Respublikası Auditorlar Palatasında bakalavr və magistrlər üçün istehsalat, elmi-tədqiqat təcrübələrinin keçirilməsi bazasını yaratmışdır.

 

İnşaatın və biznesin təşkili, idarə edilməsi kafedrası

Kafedranın əsası 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində “Tikintinin iqtisadiyyatı və təşkili” adı altında qoyulmuşdur.

2004-cü ildən bu kafedra “İnşaatın və biznesin təşkili, idarə edilməsi” adı altında fəaliyyət göstərir.

Kafedranin 12 əməkdaşından 7 nəfəri dosent, 5 nəfəri isə baş müəllimdir.

Kafedrada “Respublikanın tikinti kompleksində biznesin təşkili və idarə edilməsinin araşdırılması” və “Tikinti istehsalatının təşkilati-texnoloji modellərinin təkmilləşdirilməsi” mövzularında elmi-tədqiqat işləri aparılır.

“Mühəndis iqtisadiyyatı və idarəetmə” və “İnşaat” istiqamətləri üzrə kafedrada təhsilin bakalavr və magistr pillələriində mütəxəssis hazırlığı aparılır. 

 

İqtisadi nəzəriyyə və marketinq kafedrası

Kafedranın 14 əməkdaşından 5 nəfəri dosent, 6 nəfəri baş müəllim və 3 nəfəri isə assistent vəzifəsində çalışır.

Kafedra əməkdaşları “Müasir şəraitdə tikinti məhsulları bazarının marketinq tədqiqatı və onun xüsusiyyətləri” mövzusunda elmi-tədqiqat işi yerinə yetirir.

Kafedra marketinq ixtisası üzrə təhsilin bakalavr və marketinq pillələrində marketoloq hazırlığını həyata keçirir.

 

İnşaat mexanikası kafedrası

Kafedra 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılmışdır. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılarkən kafedra bu institutun tərkibinə keçmişdir.

Kafedrada 1 professor, 7 dosent, 1 baş müəllim fəaliyyət göstərir.

Kafedrada dövlət büdcəsi hesabına “Bircins və qeyri-bircins materiallardan hazırlanmış konstruksiyaların, materialların fiziki-mexaniki xassələrini nəzərə almaqla, müxtəlif təsirlərdən yaranan “Gərginlik-deformasiya vəziyyətinin tədqiqi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.

Kafedra əməkdaşlarının apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq və Respublika elmi mətbuatında çap edilir, konfranslarda, simpoziumlarda, seminarlarda məruzə edilir, yeni ixtiralara görə patentlər alınır, doktorluq və namizədlik dissertasiyaları kımı müdafiə olunur.

 

Əcnəbi dillər kafedrası

Kafedra 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərkibində fəaliyyət göstərir.

Kafedrada 2 dosent, 18 baş müəllim və 4 müəllim fəaliyyət göstərir.

Universitetin bütün fakültələrində ingilis, alman, fransız dilləri tədris edən kafedrada 2 dil kabineti fəaliyyət göstərir. Bunlardan biri ingilis dili, o biri isə fransız dili kabinetidir.

Kafedrada “Xüsusi məqsədlər üçün ingilis dili resurs mərkəzi” fəaliyyət göstırir.

Tədris işinin səviyyəsini yüksəltmək üçün kafedrada müasir avadanlıqlarla təchiz edilmiş “Fransız dili” kabineti və SOROS fondunun yardımı ilə yaradılmış “İngilis dilinin tədris-metodik mərkəzi” vardır.