İnşaat texnologiyaları fakültəsi

  Fakültə 1976-cı ilin iyun ayında yaradılmışdır.

Fakültədə tikinti materialları, məmulatları və konstruksiyalarının, divar, bəzək və izolyasiya materiallarının, çini-saxsı və şüşə materialların istehsalı sahələrində çalışan, inşaat materiallarının xassələrinin öyrənilməsi və yeni inşaat materiallarının alınma texnologiyası, inşaat kompleksində və texnoloji proseslərin icrasında mühafizənin təşkili, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, həyat fəaliyyətinin təhlükəsizliyi, ağac emalının texnologiyası ilə məşğul olan mütəxəssislər hazırlanır. 

İxtisas və istiqamətlər:

Bakalavr pilləsi:

İstiqamətlər:

T 23.00.00 Tikinti materialları və məmulatlarının texnologiyası

T 26.00.00 Meşə təsərrüfatı və meşə ehtiyatlarının bərpası

T 28.00.00 Çox işlənən malların texnologiyası

T 34.00.00 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

TT 17.00.00 Materialşünaslıq və yeni materiallar texnologiyası

İxtisaslar:

T 23.01.00 Tikinti materialları, məmulatları və konstruksiyaların istehsalı

T 23.04.00 Çətinəriyən qeyri-metal və silikat materialların texnologiyası

T 26.03.00 Ağac emalının texnologiyası

T 28.14.00 Çini-saxsı və şüşə materiallar texnologiyası

T 34.01.00 Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda)

T 34.02.00 Ətraf mühitin mühəndis mühafizəsi (sahələr üzrə)


Magistratura pilləsi:

İstiqamətlər:

TM 23.00.00 Tikinti materialları və məmulatlarının texnologiyası

TM 34.00.00 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

TM 28.00.00 Çox işlənən malların texnologiyası

TTM 09.00.00 Materialşünaslıq və yeni materiallar texnologiyası

İxtisaslaşmalar:

TM 23.00.01 Tikinti materialları, məmulatları və konstruksiyalarının texnologiyası

TM 23.00.02 Tikinti materialları, məmulatları və konstruksiyaları istehsalında xammal ehtiyatlarının qorunması və ekologiya

TM 23.00.03 Ağac emalının texnologiyası

TM 23.00.06 Çətinəriyən qeyri-metal və silikat materialların texnologiyası

TM 28.00.14 Çini-saxsı və şüşə materiallar texnologiyası

TM 34.00.01 Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda)

TTM 09.00.01 Materialşünaslıq və materialların texnologiyası

 

 yeniAzərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən yeni ixtisasların siyahısı təsdiq olunmuşdur.

 

050638 – Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
050639 - Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
050812 – Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
050601 – Materialşünaslıq mühəndisliyi
 

 

Fakültənin rəhbərliyi

Vəzifəsi Soyadı, adı, atasının adı Telefonlar
Daxili Şəhər
Dekan Ağabəyli Namiq Mirzəağa oğlu 1-70 (0099412) 438-30-91
Dekan müavini İsmayılov İsmayıl Şıx oğlu 1-70 (0099412) 438-30-91
Dekan müavini Danyalov Şəfi Danyal oğlu 1-70 (0099412) 438-30-91



 

Fakültənin kafedraları

Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının müdiri Sərdarov Bünyat Sərdar oğlu 2-18 (0099412) 438-33-03
İnşaat materialları kafedrasının müdiri Şirinzadə İradə Nüsrət qızı 1-80 (0099412) 439-10-34
Kimya kafedrasının müdiri Əliyev Əli Binnət oğlu 2-02 (0099412) 439-06-51
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Ocaqov Həbib Osman oğlu 1-30 (0099412) 510-33-88 439-07-75
Ekologiya və əməyin mühafizəsi kafedrasının müdiri Məmmədəliyeva Sevda Yusif qızı 1-42 (0099412) 438-94-96
Azərbaycan və rus dilləri kafedrasının müdiri Süleymanov Səlahəddin Məmməd oğlu 1-18 (0099412) 438-56-69
Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əsədov Telman Oruc oğlu 1-81 (0099412) 439-10-65

 

KAFEDRALAR

Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrası

Kafedra 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərir.

Kafedrada 1 professor və 7 dosent çalışır.

Kafedra bakalavr və magistr pilləsində mütəxəssis hazırlığı aparır.

Kafedrada tikinti materiallarının tədqiqi üzrə sınaq laboratoriyaları vardır. Magistr və aspirantlar həmin laboratoriyalarda elmi-tədqiqat işləri yerinə yetirirlər.

Kafedra əməkdaşlarının apardığı elmi-tədqiqat işləri kolloid betonlar, çoxməsaməli betonların texnologiyası, yeni yapışdırıcı, doldurucu, beton texnologiyalarının işlənməsi kimi çox mühüm məsələlərə həsr edilmişdir.

Kafedranın hazırladığı mütəxəssislər Müstəqil Dövlətlər Birliyi ölkələrində və respublikamızın bütün bölgələrində müvəffəqiyyətlə çalışırlar.

 

İnşaat materialları kafedrası

Kafedra 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılmışdır. 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda fəaliyyət göstərir.

Kafedrada 9 dosent, 4 baş müəllim çalışır. Kafedra 2 tədris və 1 elmi-tədqiqat laboratoriyasından ibarətdir.

Kafedra bakalavr və magistr pilləsində mütəxəssis hazırlığı aparır.

Tədris və elmi-tədqiqat laboratoriyaları müasir avadanlıq və cihazlarla təchiz olunmuşdur.

Kafedrada “Yerli xammallar əsasında aşağı temperaturda yandırılan keramika materialları texnologiyasının işlənməsi” və “Azərbaycanın meşə qırıntılarından alınan oduncaq ehtiyatlarının istifadə edilmə imkanları” mövzularında elmi-tədqiqat işkəri aparılır. Kafedra əməkdaşlarının apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq və Respublika elmi mətbuatında çap olunur və yeni ixtiralara görə patent alınır.

Kafedranın nəzdində fəaliyyət göstərən “İnşaat materialları Elmi-Tədqiqat və Sınaq Laboratoriyası” 2006-cı ildə Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən texniki səlahiyyətliliyə və müstəqilliyə akkreditasiya olunmuşdur. Laboratoriyada yüksək ixtisaslı mütəxəssislər tərəfindən beton, qum, çınqıl və qırmadaş, asfalt-beton, sement, kərpic və digər inşaat materiallarının sınanılması və sertifikatlaşdırılması həyata keçirilir.

“İnşaat materialları Elmi-Tədqiqat və Sınaq Laboratoriyası” “ALTES QROUP”, FALEZ Memarlıq” kimi iri tikinti şirkətləri, həmçinin “AS İnşaat”, “Azinşaat” kimi tikinti materialları istehsalı ılə məşğul olan şirkətlərlə, bir neçə kərpic zavodları ilə əməkdaşlıq edir.

 

Ekologiya və əməyin mühafizəsi kafedrası

Kafedranın əsası 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Əməyin mühafizəsi” adı altında qoyulub. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil edilərkən kafedra bu institutun nəzdinə keçmişdir.

Ekoloji problemlərin zəruriliyi nəzərə alınaraq “Əməyin mühafizəsi” kafedrasının adı 1999-cu ildə “Ekologiya və əməyin mühafizəsi” adı ilə əvəz olunmuşdur.

Kafedrada 2 professor, 2 dosent və 2 baş müəllim çalışır.

Tədrisin əyaniliyini təmin etmək üçün kafedranın nəzdində 3 laboratoriya fəaliyyət göstərir.

Kafedranın professor-müəllim heyəti tərəfindən “Ekoloji şəraitə nəzarət və mühitin idarə edilməsinin iqtisadi problemləri” adlı elmi-tədqiqat işi yerinə yetirilir.


Kimya kafedrası

Kafedra 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərir.

Kafedrada 1 professor və 9 dosent fəaliyyət göstərir.

Kafedranın nəzdində 1 elmi-tədqiqat laboratoriyası vardır. Bu laboratoriya müasir avadanlıqlarla təchiz olunmuş, tədqiqat aparmağa imkan verən qurğularla təmin edilmişdir.

Kafedrada “Tərkibində oksigen, kükürd və azot saxlayan birləşmələrin sintezi və tədqiqi” mövzusunda elmi-tədqiqat işləri aparılır. Kafedra əməkdaşlarının apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq və Respublika ekmi mətbuatında çap edilir, konfranslarda məruzə edilir və yeni ixtiralara görə patent alınır.

Kafedrada kimyanın müxtəlif sahələri üzrə elmlər namizədləri hazırlanır.

Kafedranın respublikanın digər ali məktəbləri ilə sıx əlaqələri vardır.

 

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası

Kafedra 1975-ci ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinin nəzdində “Mülki müdafiə” adı altında fəaliyyətə başlayıb. 1998-ci ildən isə “Mülki müdafiə” kafedrasının bazası əsasında “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrası təşkil olunub. 2006-cı ildə həmin kafedra “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasına çevrilmişdir.

Kafedrada 3 professor, 4 dosent, 1 baş müəllim və 1 assistent çalışır.

Kafedranın tədris və ixtisas laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz edilmişdir.

Kafedra “Fövqəladə hallarda əhalinin həyat fəalliyyətinin təhlükəsizlıyı”, “Fövqəladə hallarda texnoloji və ekoloji problemlər” mövzularında elmi tədqiqatlar aparır. Kafedranın əməkdaşları “Fövqəladə halların idarə edilməsi və hazırlıq üzrə Azərbaycan Respublikasının Villi strategiyasını”, “Azəabaycan Respublikasının ərazisində əhalinin texnogen və təbii fövqəladə hadisələrdən mühafizəsi”, “Uşaqların həyat və sağlamlığının mühafizəsi”, “İnsanların həyat və sağlamlığı üçün zərərli amillərin qeydiyyatı və tədqiqi” qanunların hazırlanmasında yaxından iştirak edir.   

Kafedra bakalavr və magistr pilləsində mütəxəssis hazırlığı aparır.

Kafedrada “Fövqəladə hallarda təhlükəsizlik” istiqamətində 05.26.02 şifrlə aspirantura və doktoranturada kadrlar hazırlanır.

Kafedra tərəfindən müntəzəm olaraq Respublika və Beynəlxalq konfrans və simpoziumlar keçirir.

Kafedranın respublikanın bütün ali məktəbləri, nazirlik idarələri, habelə respublikadan kənar ali məktəblər, təşkilat və idarələrlə əlaqələri vardır (Türkiyə, Rusiya, Ukrayna, Qırğızıstan, BMT-nin Azərbaycan nümayəndəliyi və s.).

 

Azərbaycan və rus dilləri kafedrası

“Rus dili” kafedrası Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yarandığı 1975-ci ildən fəaliyyət göstərir. “Azərbaycan dili” kafedrası müstəqil olaraq 1989-cu ilin yanvarında təşkil edilmişdir.

1998-ci ildə iki  kafedra birləşərək “Azərbaycan və rus dilləri” kafedrası adlandırılmışdır.

Kafedrada 1 professor, 2 dosent, 11  baş müəllim çalışır.

Kafedrada təhsilin bakalavr pilləsində “Azərbaycan və rus dilləri”, magistratura pilləsində isə “Ali məktəb pedaqogikası” fənni tədris edilir.

Kafedranın professor-müəllim heyəti mütəmadi olaraq texniki ali məktəbdə Azərbaycan və rus dillərinin tədrisinin müasir problemlərinin araşdırılması ilə məşğul olur.

 

Bədən tərbiyəsi və idman kafedrası

 Kafedra 1975-ci ildə Azərbaycan Politexnik İnstitutundan ayrılmaqla təşkil olunub.

2008-ci ildə kafedra Universitetin nəzdində açılan yeni idman kompleksində fəaliyyət göstərir.

Kafedrada 12 nəfər dosent və baş müəllim çalışır.

Kafedra əməkdaşlarının yetişdirmələri “Ali məktəb tələbələri birinciliyi”hdə iştirak edirlər. Universitetin sərbəst və yunan-Roma güləşləri üzrə yığma komandası dəfələrlə ali məktəblərin universiadalarında birinci yerə çıxmışlar.

Kafedrada “İdman məşqlərinin planlaşdırılması” mövzusunda elmi-metodiki iş aparılır.