Nəqliyyat fakültəsi
Fakültə 1975-ci ildə yaradılmışdır. İlk dövrlərdə fakültə “Yol inşaatı” fakültəsi adlanmışdır.
Fakültədə yolların və tunellərin, mühəndis qurğularının layihələndirilməsi, yer üzərinə köçürülməsi, tikilməsi və istismarı zamanı aparılan geodeziya işləri, şəhər torpaqlarının, daşınmaz əmlakın, ticarət mərkəzlərinin, mühəndis qurğularının sahəsini dəqiq qeydə alınmasının qiymətləndirilməsi və səmərəli istifadə olunması üzrə kadr hazırlığı aparılır.
Fakültə respublikanın müvafiq təşkilatları ilə yanaşı, bir sıra xarici ölkələrlə də sıx əməkdaşlıq edir. Fakültənin əməkdaşları “TRASEKA” proqramı çərçivəsində tarixi “İpək yolu”nun bərpası işlərinin yerinə yetirilməsində fəal iştirak edirlər.
Fakültədə İran, Türkiyə, Əfqanıstan vətəndaşları da təhsil alırlar.
İxtisas və istiqamətlər:
Bakalavr pilləsi:
İstiqamətlər:
T 10.00.00 Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı
T 22.00.00 Nəqliyyat tikintisi
T 24.00.00 Geodeziya və xəritəçilik
AT 05.00.00 Yer quruluşu və yer kadastrı
İxtisaslar:
T 10.06.00 Yol hərəkətinin təşkili
T 22.01.00 Dəmir yolu tikintisi və təsərrüfatı
T 22.02.00 Avtomobil yolları və aerodromların tikintisi
T 22.03.00 Körpülər və nəqliyyat tunellərinin tikintisi
T 24.01.00 Tətbiqi geodeziya
AT 05.03.00 Şəhər kadastrı
Magistratura pilləsi:
İstiqamətlər:
TM 22.00.00 Nəqliyyat tikintisi
TM 10.00.00 Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı
TM 24.00.00 Geodeziya və xəritəçilik
ATM 05.00.00 Yer quruluşu və yer kadastrı
İxtisaslaşmalar:
TM 10.00.06 Yol hərəkətinin təşkili
TM 22.00.03 Avtomobil yollarının layihələndirilməsi, tikintisi və istismarı
TM 22.00.05 Körpü və qurğuların tikintisi, istismarı
TM 24.00.01 Tətbiqi geodeziya
ATM 05.00.03 Şəhər kadastrı
Azərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən yeni ixtisasların siyahısı təsdiq olunmuşdur.
050622 – Yerüstü nəqliyyat vasitələrinin mühəndilsiyi
050636 – Nəqliyyat tikintisi mühəndisliyi
050640 – Geodeziya və xəritəçilik mühəndisliyi
050705 – Yer quruluşu, torpaq və şəhər kadastrı
Fakültənin rəhbərliyi
| Vəzifəsi | Soyadı, adı, atasının adı | Telefonlar | |
| Daxili | Şəhər | ||
| Dekan | Piriyev Yaqub Maksim oğlu | 2-27 | (0099412) 439-05-79 |
| Dekan müavini | Qasımov Nizami Musa oğlu | 2-27 | (0099412) 439-05-79 |
| Dekan müavini | Əhmədov Nizami Maxomoyeviç | 2-27 | (0099412) 439-05-79 |
| Dekan müavini | Əlizadə İbrahim İsmayıl oğlu | 2-27 | (0099412) 439-05-79 |
Fakültənin kafedraları
| Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri | Cəfərov Fərhad Möhsün oğlu | 1-38 | (0099412) 438-12-83 |
| Materiallar müqaviməti kafedrasının müdiri | Sadıqov İsmayıl Rza oğlu | 2-26 | (0099412) 439-06-08 |
| Fizika kafedrasının müdiri | Pənahov Tahir Musa oğlu | 2-13 | (0099412) 438-35-04 |
| Mühəndis geodeziyası kafedrasının müdiri | Qəniyeva Saçlı Abdulxaq qızı | 1-01 | (0099412) 439-10-75 |
| Fəlsəfə kafedrasının müdiri | Nəcəfov Nizami Hüseyn oğlu | 1-75 | (0099412) 438-86-00 |
KAFEDRALAR
Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili
Kafedranın əsası 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin nəzdində “Yolların tikintisi və istismarı” kafedrası adı ıiə qoyulmuş, 1975-cı ildən həmin adla Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tərkibində fəaliyyət göstərmiş və 1977–1996-cı illərdə “Avtomobil yolları, körpülər və tunellər” kafedrası adlandırılmışdır. Yeni ixtisasların açılması ilə bağlı 2000-ci ildən kafedranın adı “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” adlanır.
Kafedra 2 tədris və 1 elmi-tədqiqat laboratoriyasından ibarətdir. Kafedrada 2 professor, 10 dosent, 6 baş müəllim və 1 assistent fəaliyyət göstərir.
Tədris və ixtisas laboratoriyaları müvafiq alət və avadanlıqlarla təchiz edilmişdir. Avtomobil yollarının istehlak xüsusiyyətlərini və nəqliyyat-istismar keyfiyyətlərini, həmçinin körpülərin müayinəsini və yükgötürmə qabiliyyətini müəyyən etmək üçün metodikalar və cihazlar mövcuddur. Bu da tələbələrin praktiki vərdişlər əldə etməsi üçün böyük rol oynayır.
Avtomobil yolları sahəsində elmi-tədqiqat işləri, normativ-texniki sənədlər, o cümlədən avtomobil yollarının təmiri işlərinin təsnifatı, avtomobil yollarının və süni qurğularının təmirlərarası xidmət müddətləri, normaları və s. işlənilir. Azərbaycan Respublikasında istismar olunan avtomobil yollarının və süni mühəndis qurğularının faktiki nəqliyyat-istismar vəziyyətini nəzərə almaqla, yollarda yerinə yetirilən təmir və saxlanılma işlərinin xüsusiyyətlərini, yolların və süni qurğuların istismar xarakteristikalarını, ilk növbədə möhkəmliyini, dayanıqlığını, həmçinin bu sahədə toplanmış beynəlxalq təcrübəni əsas götürərək, müasir şəraitin tələblərinə cavab verən normativ-texniki sənədlərin işlənib hazırlanması kafedrada aparılır.
Respublikanın nəqliyyat yollarında istismar olunan süni mühəndis qurğularının, o cümlədən kiçik və orta qrup körpülərin kadastrı, müayinəsi və cari təmiri müddəalarının işlənilməsi, onların texniki göstəricilərinin naturada (çöl şəraitində) öyrənilməsi üzrə də işlər yerinə yetirilir.
Kafedrada bakalavr və magistr pilləsində kadr hazırlığı aparılır.
“Yolların, metropolitenlərin, aerodromların, körpülərin və nəqliyyat tunellərinin layihələndirilməsi və tikintisi” ixtisası üzrə kafedrada elmlər namizədləri hazırlanır.
Mühəndis geodeziyası
Kafedra 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunda təşkil edilmişdir. 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda fəaliyyət göstərir.
Kafedrada 1 professor, 7 dosent və 9 baş müəllim çalışır. Müəllim kollektivinin 70%-dən çoxu xaricdə təhsil almışdır.
Kafedra 2 alətşünaslıq və 1 müasir ölçmə texnologiyaları laboratoriyasından ibarətdir. Bu laboratoriyalar GPS peyk qəbulediciləri, TPS elektron taxeometrləri, DNA elektron nivelirləri, Disto lite lazer məsafəölçənləri, kompüterlərlə təchiz edilmişdir. Tələbələr bu alətlərdən məşğələ və laboratoriya dərslərində istifadə edirlər.
Kafedranın əməkdaşları dövlət büdcəsi hesabına “Yerin süni peyklərini müşahidə etməklə, Azərbaycan Respublikasında peyk geodeziya şəbəkəsinin yaradılması və inkişafı” mövzusunda elmi-tədqiqat işi aparırlar. İşin nəticələri Beynəlxalq və Respublika elmi mətbuatında çap edilir, konfranslarda məruzə edilir.
Materiallar müqaviməti kafedrası
Kafedra 1921-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılmışdır. 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda fəaliyyət göstərir.
Kafedrada 1 professor, 8 dosent və 1 baş müəllim çalışır.
Kafedranın əməkdaqşları tərəfindən “Brusların, lövhələrin və qabıqların bircinsli gərginlik və deformasiya vəziyyətlərinin araşdırılması” istigamətində elmi işlər aparılır.
Kafedranın Rusiya Federasiyası və Misir Ərəb Respublikasının ali məktəbləri ilə elmi əlaqələri vardır.
Fizika kafedrası
Kafedra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdində 1975-ci ildən fəaliyyət göstərir.
Kafedrada 5 professor və 20 dosent çalışır.
Kafedranın 5 tədris və 3 elmi-tədqiqat laboratoriyası vardır. Tədris və ixtisas laboratoriyaları müvafiq qurğu və avadanlıqlarla təchiz edilmişdir. Tədris laboratoriyalarında ümumi fizika kursunun bütün bölmələrini əhatə edən 30-dan artıq laboratoriya işi mövcuddur. Bu da tələbələrin praktiki vərdişlər əldə etməsi üşün böyük rol oynayır.
Kafedrada “Metallar fizikası” ixtisası üzrə bakalavr və magistr hazırlığı aparılır. Bərk cismlər və maqnit hadisələri üzrə elmlər doktoru və namizədləri hazırlanır.
Kafedrada “Nüvə- qamma-rezonans spektroskopiyası”, “Metal və ərintilər fizikası” və “Yüksək temperaturlu ifratkeçiricilər” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalar bərk cismlərin istilik, elektrik və maqnit xassələrinin öyrənilməsi üçün müasir avadanlıqlarla təchiz edilmişdir. Kafedrada metal və yarımkeçiricilər fizikası, bərk cismlər fizikası istiqamətində “Metallik və yarımkeçirici sistemlərin müxtəlif termik emaldan asılı olaraq struktur və fiziki xassələrinin tədqiqi” mövzusunda elmi-tədqiqat işləri aparılır. “Metal və ərintilər fizikası” elmi-tədqiqat laboratoriyasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Elmi-Tədqiqatların Təsdiqi və Əlaqələndirilməsi Şurasının təsdiqi ilə “Nizamlanan Fe-Co ərintisinin strukturu və fiziki xassələrinə keçid və nadir torpaq elementlərinin təsiri” mövzusunda elmi-tədqiqat işləri yerinə yetirilir.
Kafedra Rusiya Federasiyasının qapalı müəssisələri olan “Astrofizika”, “Uçuşları idarəetmə mərkəzi”, Ukrayna Elmlər Akademiyasının “İstilik fizikası” və “Metal fizikası”, Türkiyənin TÜBİTAK elm mərkəzi, Sankt-Peterburq Fizika-Texniki İnstitutu, Ural “Metallar” fizikası və bir sıra digər elmi müəssisələrlə birgə araşdırmalar aparır.
Fəlsəfə kafedrası
Kafedra 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təşkili ilə bir dövrdə yaradılmışdır.
Kafedrada 1 professor, 3 dosent və baş müəllim fəaliyyət göstərir.
Kafedrada “Vətəndaş cəmiyyətində tələbə şəxsiyyətinin tərbiyəsi” mövzusunda elmi-tədqiqat işi aparılır.
Fakültələr
- Memarlıq fakültəsi
- İnşaat fakültəsi
- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
- Nəqliyyat fakültəsi
- İnşaat texnologiyaları fakültəsi
- Tikinti-iqtisad fakültəsi
- Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi
- Əcnəbi vətəndaşların hazırlığı fakültəsi
- Əcnəbi Tələbələrin Təhsili dekanlığı
- İxtisasartırma fakültəsi

