Memarlıq fakültəsi

 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır.
Fakültəyə daxil olmaq istəyən abituriyentlər test imtahanlarından əvvəl universitetdə qabiliyyət imtahanları verirlər. Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.
Memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşması məqsədilə fakültə xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirir.
Fakültə bir çox xarici ölkələrlə: Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Misir, Türkiyə, İran, İtaliya və digər ölkələrlə əməkdaşlıq münasibətləri qurmuşdur. 

İxtisas və istiqamətlər:

Bakalavr pilləsi

İstiqamətlər:

T 19.00.00 Memarlıq
HS 21.00.00 Dizayn

İxtisaslar:

T 19.01.00 Memarlıq
T 19.02.00 Memarlıq mühitinin dizaynı
T 19.03.00 Memarlıq abidələrinin bərpası və yenidən qurulması
T 19.04.00 Bağ, park və landşaft quruculuğu
T 19.05.00 Şəhərsalma
HS 21.01.00 İnteryer və avadanlıq
HS 21.01.00 Sənaye qrafikası və reklam

Magistratura pilləsi

İstiqamətlər:

TM 19.01.00 Memarlıq
HSM 21.00.00 Dizayn

İxtisaslaşmalar:

TM 19.00.01 Memarlıq (Bina və qurğuların memarlığı─şəhərsalma)
TM 19.00.01 Memarlıq (Şəhər mühitində reklam)
TM 19.00.02 Memarlıq mühitinin dizaynı
TM 19.00.04 Memarlıq abidələrinin bərpası və yenidən qurulması
TM 19.00.05 Bağ, park və landşaft quruculuğu
HSM 21.00.01 Dizayn (sahələr üzrə)


 yeniAzərbaycan Respublikasının Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 № li qərarı ilə Ali təhsilin bakalavr səviyyəsində 2009/2010 tədris ilindən hazırlanan ixtisaslar.

050633 - Memarlıq

050321 – Dizayn

 

 Fakültənin rəhbərliyi

Vəzifəsi Soyadı, adı, atasının adı Telefonlar
Daxili Şəhər
Dekan Abdullayev Tofiq Əli oğlu 1-19 (0099412) 510-09-38 439-10-15
Dekan müavini Nəcəfova Məlahət Tapdıq qızı 2-03 (0099412) 439-10-15
Dekan müavini Əliyev Nəriman Əşrəf oğlu 2-03 (0099412) 439-10-15
Dekan müavini Hüseynov Əyyam İxtiyar oğlu 2-03 (0099412) 510-09-16

 

Fakültənin kafedraları

Memarlıq layihələndirilməsi və şəhərsalma  Hüseynov Fikrət Mövsüm oğlu 1-72 (0099412) 439-10-19
Landşaft memarlığı  Həsənova Aybəniz Əşrəf qızı 2-19 (0099412) 438-05-37
Memarlıq konstruksiyaları və abidələrin bərpası  Məmmədova Gülçöhrə Hüseyn qızı 1-52 (0099412) 438-04-79
Dizayn  Abdullayeva Nərgiz Cavad qızı 1-73  
Memarlığın əsasları  Nağıyev Nizami Həsən oğlu 1-84  
Təsviri incəsənət  Avalov Elturan Vəli oğlu 1-85  

 KAFEDRALAR

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası

Kafedranın əsası 1934-cü ildə Azərbaycan Sənaye İnstitutunun tərkibində qoyulmuşdur. Kafedrada 3 professor, 10 dosent, 6 baş müəllim və 7 assistent çalışır.
Kafedra dövlət büdcəsi ilə maliyyələşən “Azərbaycanın memarlıq və şəhərsalma inkişafının qlobal və regional aspektləri” mövzusunda elmi-tədqiqat işi aparır. 
Kafedrada bakalavr və magistr hazırlığı ilə yanaşı 18.00.04 ─ “Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı” ixtisası üzrə elmlər namizədləri hazırlanır.
Kafedranın əməkdaşları xarici ölkələrlə: Fransa, İtaliya, Yaponiya, ABŞ, Türkiyə, İran, Rusiya və Cənubi Koreya ilə əlaqələr saxlayır, bu ölkələrin elmi təşkilatlarında çalışan əməkdaşlarla birgə məqalələr çap etdirirlər. Türkiyə və İran ölkələrindən olan çoxsaylı aspirantlar kafedrada ödənişli əsaslarla təhsil alaraq memarlıq namizədi alimlik dərəcələri alırlar.

Landşaft memarlığı kafedrası
Kafedra 1990-cı ildə təşkil olunmuşdur. Kafedrada 2 professor, 1 dosent, 5 baş müəllim və 1 assistent çalışır. 
Kafedra təhsilin bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı həyata keçirir, aspirantura və dissertantura yolu ilə elmi kadrlar hazırlayır. Kafedrada “Landşaft memarlığı” və “Memarlıq nəzəriyyəsi və tarixi” ixtisası üzrə elmlər namizədi hazırlanır.
Kafedrada 2006─2010-cu illər üçün “Azərbaycan rekreasiya sisteminin landşaft-memarlıq planlaşdırılması” elmi-tədqiqat işi yerinə yetirilir. 

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası
Kafedranın əsası 30-cu illərdə Azərbaycan Sənaye İnstitutunun nəzdində fəaliyyət göstərən memarlıq-inşaat fakültəsində qoyulmuşdur. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutu yaradılarkən bu kafedra onun tərkibinə keçmiş və “Memarlıq konstruksiyası kafedrası adlandırılmışdır. 
“Memarlıq konstruksiyası” kafedrası 1996-cı ildən “Memarlıq konstruksiyaları və abidələrin bərpası” adı ilə fəaliyyət göstərməyə başlamışdır. Kafedrada 2 professor, 9 dosent, 5 baş müəllim və 4 assistent çalışır.
Kafedrada memarlıq abidələrinin bərpası üzrə işlər aparılır. Kafedranın müdiri memarlıq doktoru, professor, əməkdar memar G.H. Məmmədovanın rəhbərliyi altında Azərbaycanın Norveçlə birgə əməkdaşlığı nəticəsində Kiş və Nic kəndlərindəki alban məbədlərinin bərpası və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi hesabına Qax rayonunun Qum kəndindəki VI əsrə aid alban bazilikasının konservasiyası həyata keçirilmişdir.
Qafqaz Albaniyası abidələrindən olan Şəkidəki qədim Kiş kilsəsinin bərpası haqqında 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Norveç Humanitar Təşkilatı arasında birgə müqavilə imzalanmışdır. Dörd mərhələdən ibarət olan bu layihə 2003-cü ildə başa çatmışdır. Qəbələnin ən böyük kəndlərindən olan Nicdəki xristian məbədinin bərpa və işçi layihələri işlənib hazırlanmışdır.
Kafedranın Respublikanın Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya institutları ilə təcrübi və elmi sahədə sıx əlaqələri vardır.
Kafedranın beynəlxalq əlaqələri də genişdir. 2006-cı ildə YUNESKO-nun xətti ilə ABŞ-ın Minnesota Universiteti ilə birlikdə İçərişəhər abidələrinin inventarlaşması aparılmışdır. İtalyanın “Del Bianko” fondu və Florensiya Universitetinin memarlıq fakültəsi ilə birgə layihələr həyata keçirilir. 
Kafedrada təhsilin bakalavr və magistr hazırlıqları üzrə mütəxəssislər hazırlanir. Namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış şura vardır.  
 
Dizayn kafedrası
Kafedra 2000-ci ildə yaradılmışdır. Kafedrada 5 professor, 6 dosent, 6 baş müəllim və 10 assistent çalışır.
Kafedrada təhsilin bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı həyata keçirilir. Eyni zamanda aspirantura və dissertantura yolu ilə elmi kadrlar da hazırlanır.
Kafedra xarici ölkələrlə: Rusiya, Türkiyə, İran, Fransa və başqa ölkələrin tanınmış memarlıq ocaqları ilə sıx əlaqələr yaratmışdır.
Çoxsaylı əcnəbi aspirantlar və magistrlər kafedrada ödənişli əsaslarla təhsil alaraq, memarlıq namizədi alimlik dərəcələri alırlar.

Memarlığın əsasları kafedrası
Kafedranın əsası 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunda qoyulmuşdur. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılarkən kafedra “Memarlıq kompozisiyası” adlanırdı. Kafedra 2000-ci ildə “Memarlıq kompozisiyası” kafedrasının bazası əsasında təşkil edilmişdir. Kafedrada 2 professor, 3 dosent, 4 baş müəllim və 5 assistent fəaliyyət göstərir.
Kafedrada bakalavr hazırlığı ilə yanaşı “Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı” və “Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası” istiqamətləri üzrə elmlər namizədləri hazırlanır.
Kafedranın əməkdaşları dövlət büdcəsindən maliyyələşdirilən “Azərbaycan memarlığının tarixi və müasir inkişaf problemləri” mövzusunda elmi-tədqiqat aparır.
Kafedra xarici ölkələrlə: Rusiya, Türkiyə, İran, Gürcüstan ilə əlaqələr saxlayır. Kafedranın əməkdaşları bu ölkələrdə keçirilən elmi-praktik konfranslarda və simpoziumlarda iştirak edərək elmi məruzələrlə çıxış edirlər.

Təsviri incəsənət kafedrası

Kafedranın əsası respublikada memarlıq təhsilinə başlanması ilə bir dövrdə, yəni 1920-ci ildə qoyulmuşdur. Kafedrada 1 professor, 8 baş müəllim və 3 assistent çalışır.
Kafedra əməkdaşlarının rəsm əsərləri universitetin və Bakı şəhərinin sərgi salonlarında nümayiş etdirilir.